Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Şamaxıda əhali ayağa qalxdı

Evlərinə qaz verilməyən sakinlər Bakı yolunu bağladılar

Dünən günorta saat 11-12 radələrində Şamaxıda yerli əhali etiraz aksiyası keçirib. Bakı-Şamaxı yolunun təxminən 117-ci km-də (Olimpiya İdman Kompleksi tərəf) küçələrə çıxan əhali yolu bağlayıb.

Məlumatlarda vurğulanır ki, yolun bağlanmasına səbəb orada inşa edilən evlərdə təbii qaz təhcizatının olmamasıdır. Sakinlərin sözlərinə görə, 15 ildir ev tikmələrinə baxmayaraq, hələ də qazları yoxdur. «Dəfələrən İcra Hakimiyyətinə, o cümlədən Qaz İdarəsinə problemlə bağlı şikayət etsək də, bizim şikayətə baxılmır . Dərdimizi kimə deyək? 21-ci əsrin neft -qaz ölkəsinin vətəndaşı ola-ola niyə mənim evimdə odun yanmalıdı? Əgər evimizi qazla təmin etməsələr, bu hal tez-tez təkrarlanacaq !»

Qeyd edək ki, Şamaxıda sosial problemlərlə bağlı narazılıq xeyli vaxtdır baş qaldırıb. Bir müddət əvvəl rayon ziyalıları yolların bərbad olmasından şikayətçi düşərək, İcra Hakimiyyətinə xəbərdarlıq etmişdilər. Bu dəfə isə məsələ xəbərdarlıq səviyyəsindən çıxaraq, etiraz aksiyasına çevrilib./jam/
1140 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01