Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Ağ evə yeni hücum

Vaşınqtonda növbəti dəfə qeyri-qanuni olaraq Ağ ev ərazisinə keçmək cəhdinin qarşısı alınıb.

Cinayətkarı yaxalamaqda xüsusi xidmətə itlər kömək edib.

Bir nəfər ABŞ prezidenti Barak Obamanın iqamətgahının şimal hissəsindən çəpəri keçərək əraziyə girmək cəhdinin qarşısı itlər tərəfindən alınıb.

Cani itlərdən birinə təpik atmağa nail olsa da digəri onun ayağından yapışıb. Bu zaman insidentin baş verdiyi yerə xüsusi agentlər özünü çatdırıb və qanunu pozanı yaxalayıblar.

Hazırda istintaq başlanıb və kənar şəxslərin iqamətgaha girişinə qadağa qoyulub.

Qeyd edək ki Ağ ev ərazisinə bir neçə qeyri qanuni giriş baş veridyindən 1 oktyabr tarixində ABŞ xüsusi xidmət başçısı Culiya Pirson istefa verib. Onun vəzifələrini isə müvəqqəti olaraq Cozef Klensi icra edir.

Elə həmin gün xəbər verildi ki, Obama bundan əvvəl 3 dəfə məhkum edilən silahlı qoruma ilə liftdə olub. 21 sentyabrda Xüsusi xidmət agentləri ABŞ prezidenti iqamətgahı ərazisinə 2 dəfə daxil olmaq istəyən Nyu-Cersi sakinini saxlayıb.

20 sentyabr tarixində isə Ağ ev ərazisinə 42 yaşlı Omar Qonzales yaxalanıb. İraq müharibəsinin veteranı bıçaqla silahlanmışdı. Məhz bu insidentdən sonra Xüsusi xidmət Ağ ev ərazisində gözətçiləri artırdığı və təhlükəsizlik tədbirlərinin sərtləşdirdiyi barədə xəbər yayıb./ans/
1036 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber