Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Misirdə polisə hücum

Misirin paytaxtı Qahirədə polis əməkdaşları naməlum silahlıların hücumuna məruz qalıb.

Qahirə Universitetinin yaxınlığında törədilən partlayış zamanı 6 polis əməkdaşı 4 mülki vətəndaş yaralanıb.

Yaralı polislərdən biri çoxlu qan itirdiyindən vəziyyəti ağır kimi qiymətləndirilir.

Ölkənin daxili işlər nazirliyi partlayışın kustar üsulla hazırlanmış bomba vasitəsilə törədildiyini deyib. Faktla bağlı istintaq araşdırması başladılıb.

Partalayış son 6 ayda polis əməkdaşlarına qarşı törədilən ikinci belə hücum olub.

Aprel ayında silahlılar bir polis rəisini öldürmüş, 7 nəfəri yaralamışdı. “Əcnəd Misir” (Misirin Əsgərləri) adlı radikal qruplaşma hücuma görə, məsuliyyəti öz üzərinə götürmüşdü./ans/
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı