Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Türkiyədə virus daşıyıcısı xəstəxanadan qaçdı

Türkiyənin Bursa vilayətində MERS – Yaxın Şərq Tənəffüs Sindromu virusuna yoluxan şəxs xəstəxanadan qaçıb.

Həkimlər xəstəyə diaqnoz qoyduqdan sonra onu Orhanəli rayonunda Çəkirgə Dövlət Xəstəxanasına yerləşdirməyə çalışıblar. Lakin, xəstə ambulansda 20 dəqiqədən artıq gözləyə bilməyib və xəstəxana sahəsini tərk edib.

Viruslu şəxsin ictimaiyyət arasına buraxılması Bursa rəhbərliyinin də qəzəbinə səbəb olub. Hazırda şəxs axtarışdadır. Onun digər insanları da yoluxdurma ehtimalı yüksəkdir.

Son günlərdə Həcc ziyarətindən qayıdan insanlarda bu virusa yoluxma halları artıb. Məlumata görə, indiyə qədər artıq bir nəfər virusdan dünyasını dəyişib.

Türkiyənin səhiyyə rəsmiləri yoluxma hallarının qarşısını almaq üçün mindən çox həcc ziyarətçisinin səhhətinə nəzarətə edir. MERS virusu diaqnozu ilə Türkiyə xəstəxanalarına 11 nəfər yerləşdirilib./ans/
969 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı