Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

ABŞ-da qaradərililərin etirazı səngimir

ABŞ polisinin qaradərililərə qaşı zor tətviq etmələri Nyu-Yorkda yüzlərlə insanın etiraz yürüşünə səbəb olub.

Yuniyon meydanında başlayan etiraz aksiyası şəhərin məşhur Tayms meydanına qədər davam edib. Yürüş zamanı aksiyaçılar “Ədalət yoxdursa, xoşbəxtlik də yoxdur”, “qatil polisləri yaxalayın” şüarları yazılmış plakatlar açıblar.

Aksiya ilə bağlı açıqlama verən Ceyml Mims qaradərili Maykl Braunun ölümündə günahın ABŞ-ın mühafizə sistemində olduğunu bildirib.
Yürüş zamanı heç bir hadisə baş verməyib.

Qeyd edək ki, bu il avqustun 9-da Missuri ştatının Ferqüson şəhərində Darren Uilson adlı polisin qaradərili gənc Maykl Braunu vuraraq öldürməsindən sonra ölkənin müxtəlif şhərlərində aksiyalar keçirilir.
1089 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB