Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Kanadada silsilə hücumlar: ölən və yaralananlar var

Ottavada silahlı insident nəticəsində yaralanan fəxri qarovul əsgəri vəfat edib. Bu barədə New York Times qəzeti polisə istinadla məlumat yayıb. Ottava polisi atışmada şübhəli bilinən bir neçə nəfərin olduğunu qeyd edib, onlar barəsində hazırda axtarış- əməliyyat tədbirləri həyata keçirilir. Polis vətəndaşlara pəncərəyə və parlamentin binasına yaxınlaşmamağı tövsiyə edib.

Qeyd edək ki, atışma Ottavada eyni vaxtda bir neçə yerdə baş verib. Ottava polisi şəhərdə azı üç silahlı insidentin olduğunu təsdiqləyib. Polisin məlumatına əsasən, atışma parlamentin binasında, Milli hərbi memorialın yaxınlığında və “Rideau Centre” Ticarət Mərkəzində törədilib. Son məlumata görə, Ottavanın mərkəzində silsilə atışma nəticəsində daha 2 nəfərin yaralanıb. “CBC” telekanalı xəstəxanaya 2 yaralının gətirildiyini qeyd edib. İnsidentlərin təfərrüatları hələlik açıqlanmır./lent.az/
943 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00