Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2013

Aşurada təhlükəsizliyi 35 min polis qoruyacaq

Aşura günü İraqda zəvvarların təhlükəsizliyini 35 min polis qoruyacaq
İraq hava qüvvələri də təhlükəsizlik qüvvələrinə dəstək verəcəklər

Dünya İraqda təqribən 35 min təhlükəsizlik qüvvəsi Aşura günü İmam Hüseyn (ə.s.) zəvvarlarının təhülkəsiziyini təmin edəcək. Ans-in məlumatına görə, bunu İraqın “Fərat Əl-ovsət Əməliyyat” məntəqəsinin komandanı deyib.

Əl-Aləm Telekanalının verdiyi məlumata əsasən, General Osman Əl-Qanemi bildirib ki, İraq hava qüvvələri də təhlükəsizlik qüvvələrinə dəstək verəcəklər.

“Fərat Əl-ovsət Əməliyyat” məntəqəsi komandanı İraq vətəndaşları həmçinin zəvvarların təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmələrinin vacibliyini də vurğulayıb.
1938 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber