Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Milli Şura növbəti mitinqini keçirə bilər

Milli Şuranın 12 oktyabr mitinqinin uğurlu alınması növbəti aksiyanın keçirilməsini gündəmə gətirib. Artıq sosial şəbəkələrdə bu məsələ ciddi müzakirə mövzusudur. AXCP Rəyasət Heyətində də növbəti mitinqlə bağlı müzakirələr aparıldığı barədə məlumatlar var.

Bu arada AXCP sədrinin müavini Fuad Qəhrəmanlı facebook səhifəsində Milli Şura tərəfdarlarına müraciət edərək, onları yenidən aksiya etmək üçün səsləyib: “Milli Şuranın 12 oktyabr mitinqi cəmiyyətdəki ətaləti, siyasi durğunluğu aradan qaldırdı. Indi xeyli adam ruhlanıb, fəal mübarizə aparmaq istəyir. Aydındır ki, bu nəticə təkcə mitinqin olmasına görə deyil, həm də aksiyanın uğurlu alınmasına görədir. O zaman nəyə görə növbəti mitinqi keçirməyək? Gəlin vaxt itirməyək və daha kütləvi bir mitinq üçün indidən hazırlıq işlərinə başlayaq”.
1053 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
Go to TOP