Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Berlində "Azərbaycanlı siyasi məhbuslara azadlıq" aksiyası - Foto

Oktyabrın 22-si Avropada Demokratiyaya Dəstək Alyansının təşkilatçılığı ilə Berlində, Bundestaq qarşısında azərbaycanlı mühacirlərin "Siyasi məhbuslara azadlıq" şüarı ilə aksiyası keçirilib. Aksiyada xaricdə yaşayan 50 nəfərə yaxın həmyerlimiz iştirak edib. Aksiyada "Siyasi məhbuslara azadlıq", "Diktaturaya yox", "Qanunsuz həbslərə son", "Avropa, dəyərlərini kürüyə, neftə satma", "Azərbaycandakı insan haqqlarının pozulmasına göz yummayın" kimi şüarlar səsləndirilib.

Aksiyadan sonra iştirakçılar əyinlərində siyasi məhbusların şəkilləri olan köynəklər, ağızlarını qara lentlə bağlayaraq flaşmob keçiriblər.

Xatırladaq ki, sabah Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer Azərbaycana gəlir. Səfər çərçivəsində Ştanmayerin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulur. Görüşdən sonra xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcəklər./azadlıq/

1055 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:45