Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

"ABŞ Yer kürəsinə zərər vurur" - Venesuela prezidenti

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ı planetə zərərə vurmaqda ittiham edib.

Rusiya KİV-nin verdiyi məlumata görə, bu barədə prezident ölkə hökumətinin iclasında çıxışı zamanı bildirib.

Maduronun sözlərinə görə, rəsmi Vaşinqton neft hasilatını hidravlik partlayış metodu aparmaqla planetə ciddi zərər vurur: “Venesuela bu vəhşi metodu kəskin şəkildə qınayır”.

Venesuela lideri dünya bazarında neftin qiymətinin aşağı düşməsindən də danışıb. Onun sözlərinə görə, rəsmi Vaşinqton tərəfindən aparılan bu siyasətin əsas məqsədi İran və Rusiya iqtisadiyyatına zərərə vurmaqdır.

Yaxın vaxtlarda neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar OPEK təcili iclasının keçiriləcəyi planlaşdırılır.

Ötən həftənin yekunlarına görə, Venesuela neftinin qiyməti 82 dollar olub.
1194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi