Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Hər həftə 5 ingilis İŞİD-ə qoşulur

Əl-Yəvm əs-sabi xəbər portalı məlumat verib ki, İŞİD-in İraq və Suriyada sürətli irəliləməsi və onların hazırda Türkiyəyə doğru hərəkət etməsi yalnız uzaqlarla bitəcək həyəcan və qorxu deyil.
Nur-az.com-un İRNA-ya istinadlı məlumatına əsasən, İngiltərənin polis rəisi Bernard Huqon deyib: Biz bilirik ki, İraq və Suriyadakı döyüşlərə 500 nəfər ingiltərəli qoşulub. Hazırda onların bir hissəsi qayıdıb. Bir çoxları da gələcək aylarda və illərdə ölkəyə qayıdacaqlar.
O deyib: Orta hesabla hər həftə 5 ingilis İraq və Şam İSRAİL Dövləti (İŞİD) terror təşkilatının sıralarına qoşulur. Bu beş nəfər ola bilsin ki, say baxımından mühüm nəzərə çarpmasın. Lakin ölkəmizdən ildə 250 nəfərin İŞİD-ə qoşulmasını nəzərə alsaq, onların sayı hər il 50 % artır.
Bu rəqəmlər ən az statistik həddir. Bəlkə daha çox şəxslər var ki, Suriya və İraqa getməmişdən öncə sərhədləri zəif olan ölkələrə gedir, sonra İraq və Suriyaya keçirlər. Bu da onların sayının məlum olmasını çətinləşdirir.
Onların ölkəmizə müharibə təcrübəsilə qayıtması bizim cəmiyyət üçün təhlükə sayılır.
929 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber