Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

"Putin var Rusiya var, Putin yoxdur Rusiya da yoxdur"

Bu sözləri Rusiya prezident administrasiyasının sədr müavini Vyaçeslav Volodin “Valday” diskussiya klubunda çıxışında Rusiya vətəndaşlarının prezidenti ətrafında birləşməsi ehtiyacından danışarkən deyib.

“Valday” diskusiya klubunun 11-ci mövsümü bu gün Soçidə başlayıb. Üç gün ərzində beynəlxalq ekspertlər Rusiya və ümumdünya siyasəti məsələlərinə həsr edilmiş ondan plenar iclas və dəyirmi masa keçirməyi planlaşdırırlar.

V.Volodin əsas məsələlər üzrə Rusiyanın mövqeyini izah edib. Rusiya vətəndaşlarının da dövlət başçısı Vladimir Putinin siyasətini müdafiə etdiyini deyən prezident administrasiyasının rəsmisi bunun sorğularda da əks olunduğunu deyib. O, xatırladıb ki, FOMA sorğu şirkətinin keçirdiyi son sorğuların nəticələrinə görə, vətəndaşların 84 faizi prezidentin siyasətini dəstəkləyir, 65 faizi isə prezident seçkilərində başqa namizəd görmür./publika/
1019 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14