Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Müqəddəs Kərbəla İmam Hüseyn (ə) əzadarlarını qarşılamağa hazırdır - Fotolar

Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, məhərrəm ayının yaxınlaşması münasibətilə Müqəddəs Kərbəla şəhərində İmam Hüseynin (ə) ziyarətinə gələn qonaqlara xidmət göstərmək üçün təkyələr qurulur.
Kərbəladakı heyətlərdən birinin məsul şəxsi olan Əbu-Abdullah əl-Huseyni bu barədə bunları deyib: Aşura günləri şiələrin qəm-qüssə günləridir. Hazırda bütün Kərbəla əhalisi əzadarlığa, İmam Hüseynin (ə) əziz ziyarətçilərinə xidmət etməyə hazırlaşır.
İmam Hüseynin (ə) müqəddəs hərəminin rəhbərliyi əzadar heyət və qrupların ehtiyaclarını təmin edib. İmam Hüseyn (ə) məzlum və susuz olaraq şəhadətə çatdı. Əhli-beyt (ə) sevərlər də ilk olaraq ziyarətçilərə su, sonra yemək, süd, çay və s. paylayırlar.
Bunlardan əlavə, İmam Hüseynin (ə) hərəminə tabe olan “Səfir əl-Huseyn” xəstəxanası müraciət edəcək ziyarətçilər üçün tam təchiz olunub. İraqın tanınmış doktorları və tibbi personalı xəstəxanada toplanıblar. Dərman və tibbi avadanlıqlar kifayət həddədir. Hərəmə yaxın ərazilərdə səyyar tibb məntəqələri və ambulanslar ziyarətçilərin xidmətində olacaqlar. Milyonlarla ziyarətçinin gəldiyi zaman, xarici həkimlər də könüllü olaraq, İmam Hüseyn (ə) ziyarətçilərinə xidmət göstərirlər.



2406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber