Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2013

Rusiyada hamilə miqrant xəstəxaya qəbul edilmədi

Rusiyanın Vladivastok şəhərində hamilə miqrant qadın küçədə doğmağa məcbur olub. Ans-in “Komsomolskaya pravda”ya istinadla verdiyi məlumata görə, hadisə noyabrın 6-da baş verib. Hadisə səhər saat 07:30-da Zavoyka küçəsindəki 1 nömrəli doğum evinin qarşısında baş verib. Küçədə sürünən hamilə özbək qadın onu doğum evinə qəbul etmədiklərini deyib. Şahidlər dərhal polisə və təcili yardıma müraciət ediblər.

Hər ehtimala qarşı televiziya əməkdaşlarınada xəbər verilib.

15 dəqiqədən sonra çağırılan işçilərin hamısı hadisə yerinə gəlib. Miqrant qadın xəstəxanaya qəbul edilib.
Məlumata görə, doğum evinin həkimləri doğuş sancıları başlayan hamilə özbək qadına yardımdan imtina ediblər. Yalnız insanların müdaxiləsindən sonra doğuş qəbul edilib.

Doğum evinin baş həkimi Vitali Melnikovun sözlərinə görə, Özbəkistan vətəndaşı olan hamilə qadın onlara heç bir sənədi olmadan müraciət edib. “Ona həkim gələnə kimi gözləmək tapşırılıb. Çünki qadını elə belə qəbul etmək olmaz.Onun üzərində nə pasport, nə pul olub ki, xəstəxanada yer tuta bilsin. Qanunlara görə, pulsuz xidmət yalnız xəstənin həyati təhlükəsi olanda göstərilir. Planlaşdırılmış doğuşlar bura aid deyil”.

Həkim qadının pulu olmadığına görə, sadəcə tamaşa qurduğunu iddia edir. “O, asfalta yıxılıq, orda sürünüb və qışqırıb”.

Həkimlərin qəbul etmədiyi 28 yaşlı Şairə Ulaşova adlı qadın isə Vladivastoka çoxdan gəldiyini deyib. Evdar qadının 4 uşağı var. “Ərim süpürgəçi işləyir. Bəzən başqa işləridə görür. Bəzən mən özümdə dilənirəm”.

28 yaşlı Şairə Ulaşova Rusiya ərazisində qanunsuz yaşayıb. Onun qeydiyyatı 2011-ci ilin may ayında bitib. Vəziyyəti yaxşı olan ana doğum evindən çxıdıqdan sonra miqrasiya xidmətinin əməkdaşları ailə ilə məşğul olacaqlar.
1707 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber