Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
İmam Hüseyn (ə) şəhid olacağını bilirdisə, niyə qiyam etdi?
Ad: Ölkə: Müctəhid: Ayətullah Xamenei 

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Hər şeydən öncə bunu bilmək lazımdır ki, peyğəmbərlər və imamlar adi həyatlarında Allahın onlara bəxş etdiyi qeyb aləminə əsasən davranmırlar. Onlar da, digər insanlar kimi öz üzərlərinə düşən vəzifələri zaman və məkan şəraitinə uyğun olaraq yerinə yetirirlər. İslam Peyğəmbəri Həzrət Məhəmməd (s), bəy yatağından yenicə qalxmış, döyüşə getmək üçün icazə istəyən Hənzələnin şəhid olacağını bilirdi, amma ona döyüşə atılmağa icazı verdi. Bi ilahi ədalətin tələbidir. Əziz Peyğəmbərimiz (s) bütün işlərində belə idi. Allahın izni olmadan "qeyb elmi" ilə bildiklərini gündəlik həyatda üzləşdiyi məsələlərə qatmazdı. Mübahisəli hallarda hökm verərkən də "qeybi elm"indən istifadə etməz və buyurardı: "Mən buradakı sübut və dəlillər əsasında hökm verirəm. Sizlərdən bəzisi özünü zirəng, bacarıqlı bilib müsəlman qardaşının malını mənim hökmümlə mənimsəsə, o malın cəhənnəm odunun bir parçası olduğunu bilsin". (Hürr Amili, "Vəsailüş- şiə", cild 2, səh 20.) Həmçinin İmam Hüseyn (ə) da öz vəzifəsini yerinə yetirdi.
Qurani- kərimin Bəqərə surəsinin 195- ci ayəsindəki: "Öz əlinizlə özünüzü təhlükəyə atmayın!" cümləsi, "lazımsız yerə özünüzü təhlükəyə atmayın!" mənasınadır. Bu qadağa şəhadətin və özünü qurban verməyin vacib olduğu sahələrə aid deyildir. Çünki dinimizin "cihad" adlı daha vacib bir əmri vardır. Cihad İslam dinini qorumaq üçün Allah yolunda düşmənlərlə hərbi mübarizəyə deyilir. Bu yolda ölmək şərəf sayılaraq, şəhidlik məqamına layiq görülür. Quranda şəhidlər haqqında zikr olunan müxtəlif ayələrdə onların savabını Allahın özü verəcəyi və sair kimi əsrarəngiz həvəsləndirmələr mövcuddur. Belə olduğu halda tam qətiyyətlə ayənin cihada aid olmadığını söyləyə bilərik.
Və həmçinin məlumdur ki, həmişə zalımlara qarşı boyun əyməməyə çağıran Qurani-kərim, "özünü təhlükəyə atma, zalımlara qul ol. Dinin məhvə uğrasada belə, onlara qarşı çıxma"- deyə qadağalar etməz. Deməli ayə lazımlı yerdə yox, gərəksiz vəziyyətdə, hədər yerə özünü təhlükəyə atmamağa əmr edir. İmam Hüseynin (ə) qiyamı isə dinimizi nicat verən və misilsiz əhəmiyyətə malik bir fədakarlıq idi. Maraqlıdır ki, Əbu Əyyub Ənsari bu ayəni "özünüzü təhlükəyə atmayın;" yəni "cihaddan qaçmayın" kimi təfsir etmişdir. Əgər belədirsə söylənilən ayə nəinki şəhadətin əksinə çıxmır, əsl həqiqətdə şəhid olacağını bildikdə də cihadı lazım bilir. (Zəməxşəri, "Təfsiri- kəşşaf", cild 1, səh 237.)
Bir çox Quran ayələrində Allah yolunda özünü ölümə atmaq ibadət sayılaraq, əbədi səadətlə müjdələnir. (Bəqərə surəsi, ayə 54.) İmam Hüseyn (ə) da Allah-Taalanın əmrinə boyun əyib, öz şəhadəti ilə ən ali səadətə nail oldu". (Seyyid ibn Tavus, "Əl- məlfuf- əla qətlit- tafuf", səh 100.)
Necə ki, Qurani- kərim buyurur: "Allah (cənnətin) əvəzinə möminlərin canını və malını almışdır. O möminlər ki, Allah yolunda döyüşür, bu yolda ölürlər (də belələrindəndir). Bu Tövrat, İncil, və Quranda söylənilən haqqın vədidir. Kim öz əhdinə Allahdan daha vəfalı ola bilər? Müjdə olsun sizlərə ki, Allah ilə belə bir müamilə etdiniz və bu çox böyük səadətdir".("Tövbə" surəsi, ayə 111.)
1132 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi