Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2014

Almaniyada partlayış: 3 ölü, 26 yaralı

Almaniyanın Lyudviqsxafen şəhərində tikilməkdə olan qaz kəmərində güclü partlayış baş verib.

“Rosbalt”-ın verdiyi xəbərə görə, nəticədə 3 nəfər ölüb, 26 nəfər xəsarət alıb.

Yaralananlardan yeddisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Partlayış nəticəsində 150 metr radiusunda yerləşən avtomobillər və inşaat texnikasın sıradan çıxıb. Yaxınlıqdakı binaların şüşələri sınıb, ümumilikdə ətrafda 25 tikiliyə ziyan vurulub.

Şahidlərin sözlərinə görə, partlayışın gücündən alov 40 m hündürlüyə yüksəlib. Hadisə yerinə yanğınsöndürənlər və xilasedici briqadalar cəlb olunub. Hələlik partlayışın səbəbləri məlum deyil./apa/
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09