Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2014

İŞİD yeniyetmələri özünə necə cəlb edir?

Terror təşkilatının 17 yaşlı üzvünün sosial şəbəkələrdə apardığı təbliğat təhlükəli hesab olunur

Dünyanın ən qorxunc terror təşkilatlarından biri olan İŞİD artıq Suriya və İraq torpaqları hesabına özünə dövlət qurmağa çalışır. Din adı altında bir sıra qanlı olaylara imza atmış təşkilatın üzvləri sırasında azyaşlılar və yeniyetmələr də var. Və maraqlı olan odur ki, onların sırasında heç də Suriya, İraq, hətta Yaxın Şərqdən olanlar yoxdur.

Qeyd edək ki, İŞİD-in yeniyetmələri öz tərəfinə çəkmək üçün xüsusi imkanlardan istifadə etdiyi məlum olub. Belə ki, terror təşkilatı bu zaman əsasən sosial şəbəkələrin imkanlarından geniş istifadə edir. Yayılmış foto və videolarda görüntülənən 17 yaşlı gəncin Rusiya vətəndaşı Həmzət Lamro olduğu deyilir. İŞİD-in yeniyetmələrdən ibarət dəstəsinin formalaşmasında bu gəncin imkanlarından geniş istifadə etdiyi deyilir.

Bildirilir ki, Lamro sosial şəbəkələrdə tankın, vurulmuş təyyarənin, habelə müxtəlif həyacanverici yerlərdəki fotolarını yayaraq, bununla döyüşə, savaşa meyilli olan yeniyetmələri özünə çəkə bilir. Xüsusi şəkildə apardığı təbliğat sayəsində onun qısa müddətdə xeyli tərəfdar topladığı da məlum olub.

Hazırda Kobanidə İŞİD tərəfindən döyüşlərə qatılan 17 yaşlı Rusiya vətəndaşının apardığı təbliğat aparıcı dövlətlərin diqqətini çəkməyə başlayıb. Və onun olduqca təhlükəli şəkildə təsir imkanlarına malik olduğunu vurğulayırlar./jam/
923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber