Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2013

Hacı Əhliman Rüstəmov Aşura hadisəsini təhlil edib

"İnsanların məqsədi şəhadət və ya yaşamaq olmasın. İnsanların məqsədi dini yaşatmaq olsun. İndi bu əməl ölməklə olacaq yoxsa yaşamaqla, bu Allahın işidir"

"Məhərrəm ayının Allah ayı (Allah günləri) adlandırılması bu ayda insanın ilahi işlərlə rabitəsinin olmasıdır. Belə ki, bu ayda Allahın istədiyi bir hadisə baş verib. Amma qarışdırmaq olmaz ki, Allah istəmirdi ki, Kərbəlada İmam Hüseyni (ə) məzlum şəkildə şəhid eləsinlər. Allahın istəyi ondan ibarət idi ki, onun din və ehkamı yer üzərində bərqərar olsun. Şərait də belə gətirib çıxarıb ki, dinin və ehkamının yer üzərində bərqərar olması bağlandı İmam Hüseyn (ə) qıyamına. Və imamın əmr be məruf və nəhy əz münkər (insanları yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirmək. Bu əməl dinin ən böyük vacibatından biridir) eləməyinə".

Bunu İnterAz-a müsahibəsində Hacı Cavad məscidinin axundu Hacı Əhliman Rüstəmov deyib.

O deyib: "Qiyamlar, inqilablar, çevrilişlər bunların hamısı əmr be məruf və nəhy əz münkərdir. Çünki bunları bir dəfə söz ilə edirik, bir dəfə başqa bir vasitə ilə edirik, bir dəfə də görürsən ki, bir nəfər durur dinin düşmənin əleyhinə çıxır. İndi ya ölür və ya öldürülür, fərq eləməz. Çünki orada hədəf sənin vəzifəni əməl etməkdir. Nəticəsindən asılı deyil. Qərar olsa sənin yaşamağın bu məktəbi yaşadacaq, yaşayacaqsan. Yox əgər sənin şəhadətin bu məktəbi yaşadacaq, onda şəhadətə yetişəcəksən. Ona görə də insanların məqsədi şəhadət və ya yaşamaq olmasın. İnsanların məqsədi dini yaşatmaq olsun. İndi bu əməl ölməklə olacaq yoxsa yaşamaqla, bu Allahın işidir".

Hacı Əhliman Rüstəmov daha sonra deyir: "Kərbəlada İmam Həsən, İmam Səccad, İmam Sadiq (ə) olsaydı bu şəri vəzifəyə əməl edəcəkdi. Biz insanlar dinin şəriətin hökmlərini özümüzə uyğunlaşdırırıq, amma məsumlar özlərini şəriətin hökmlərinə uyğunlaşdırırlar. Yəni onlar şəriətin tələbi sülh olanda sülh, müharibə olanda müharibə, cihad olan cihad ediblər".
1959 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı