Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2014

Azərbaycanda qanunların zəif olması qətllərin növlərini artırır

İki günün şoku: bacının başı kəsilir, ana qətl edilir

Azərbaycanda son iki gündə baş verən qətllərdən hamı şokdadır. Ölkədə film kimi cinayətlərin statistikası və rəngləri dəyişməkdə davam edir.

Goranboyda 7 nəfəri qətlə yetirən Səfikürd kənd sakini Rafiq Hüseynovun qətliamı unudulmaq üzrədir. Bu da səbəbsiz deyil. Çünki oktyabrın 22 və 23-də baş verən qətllər Goranboy hadisəsini arxa planda qoyub. Beləliklə, Markesin “Gözlənilən qətlin tarixçəsi” Azərbaycanda real motivlərlə təzahür tapıb.

***

Söhbət bacısının boğazını kəsərək qətlə yetirən Pərvanə Nuriyevadan gedir. Bir mənzildə yaşayan üç tələbə bacıdan biri məzara, biri məhbəsə getdi. Hələlik, qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur. Qatil isə bacısının cinsi azlıq nümayəndəsi olmasından təsirlənərək bu addımı atdığını bildirib. Azərbaycan nümunəsində 20 yaşlı gənc qızın bacısını belə amansızlıqla qətlə yetirməsi yeni faktdır.

***

Xırdalanda Qurbanova Fatimə Oruc qızı öz oğlu Hümbət Elşən oğlu Nağızadə tərəfindən boğularaq öldürülüb. H.Nağızadə ilkin istintaq zamanı deyib ki, anasını başqa kişilərlə oturub-durmaqda şübhələndiyi üçün öldürüb.
Lakin Hümbət Nağızadə şübhəsinin təqdiqlənmədiyini də bildirib.

O deyib ki, anası günahsız olduğunu bildirib. Buna baxmayaraq, gənc oğlan anasını boğaraq qətlə yetirib./axar/
924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı