Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2014

Türkiyə sərhədində kimyəvi silah işlədildi

Kobani istiqamətində hücumlarına ara verməyən İŞİD terrorçularının Türkiyə sərhədində kimyəvi silahdan istifadə etdiyi barədə iddialar yayılıb.

Kürd rəhbərliyindən verilən məlumata görə, son hücumlarda Kobanidən gələn qaçqınlarda qəribə xəstəliklər aşkar edilib. Belə ki, kimyəvi silah hücumuna məruz qalan sakinlərdə nəfəs almaqda çətinlik çəkmək, görmə qabiliyyətinin zəifləməsi və dəridə qabarma kimi simptonlar aşkar edilib.

BBC-nin verdiyi məlumata görə, təhlükəsizlik mütəxəssislərinin analizlərindən sonra terrorçuların bölgədə xlor qazından istifadə etdiyi üzə çıxıb./axar/
1014 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber