Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2014

Neft meydançasında qəzada dənizə düşən 3 nəfərin cəsədi tapılıb

N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda, ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlıb. İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcəkdir.

Xatırladaq ki,oktyabrın 23-də saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib. Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşmüş, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılmış və yanğın baş vermişdir.

Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olmuşdur. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və “PSK-52” gəmiləri vasitəsi ilə sahilə gətirilib.

İşçilərin arasında müxtəlif səviyyəli xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilib./faktxəbər/
915 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.