Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2014

Kürdlər Kobanidə "İŞİD"in qarşısını ala biliblər

Suriyanın uzaq şimalında yerləşən strateji Kobani şəhərində “İslam Dövləti” terror təşkilatı ilə kürdlərin yerli hərbi bölmələri arasında qarşıdurmalar 38-ci gününə daxil olub.

İnterAz-ın "əl-Cəzirə"-yə istinadla verdiyi xəbərə görə, kürdlərin Xalq Müdafiə Bölmələri (YPG) “İslam Dövləti” terror təşkilatının ələ keçirdiyi Təll-Şəir yüksəkliyini yenidən geri ala bilib. Kürdlər bildirib ki, yüksəkliyin geri alınmasında müttəfiqlərin endirdiyi aviazərbələr onlara kömək edib.

YPG fəalları bildiriblər ki, onlar son sutkada "İŞİD" silahlılarının irəliləməsinin qarşısını ala biliblər və xeyli hərbi sursat qənimət olaraq götürüblər.

Qeyd edək ki, "İŞİD" terrorçuları 38 gündür ki, Kobani şəhərini və onun şimalında yerləşən sərhəd buraxılış məntəqəsini ələ keçirmək üçün intensiv hücumlara həyata keçirir. Suriya İnsan Hüquqları Müşahidəçi Qrupun məlumatına görə, hazırda şəhərin yarısı "İŞİD"in nəzarətindədir. Kürdlərin ciddi müqavimət göstərmələrinə baxmayaraq, ekspertlər Kobaninin süqut edəcəyini istisna etmirlər.
997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi