Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2013

Xirnikin bilinməyən tərəfləri

Xirnikin vətəni Çin sayılır. Məhz oradan Şərqi Asiyanın böyük hissəsinə yayılıb, sonra isə Yaponiyada məşhur olub. Bütün dünyada isə bu meyvə yalnız 19-cu əsrin sonunda tanınıb. Bildirək ki, xurmanın 500-dən çox növü məlumdur.

Xirnikdə almaya nisbətən 2 dəfə çox faydalı mikroelementlər mövcuddur. Bundan başqa, meyvə antioksidantlar, su, zülal, kalium, kalsium, maqnezium, dəmir, fosfor, vitamin A, C və P ilə çox zəngindir. Xirnik yorğunluğu aradan qaldırır, sinir sistemini sakitləşdirir, iştahı və iş fəaliyyətini normaya salır.

Xalq təbabətində bu dietik məhsul artıq uzun müddətdir ki mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Xirnik tərkibində olan yüksək qlükoza və fruktoza, eyni zamanda ürək-damar sisteminin yaxşılaşmasına kömək edir.
Sonda qeyd edək ki, bu dadlı meyvə həm də depressiya və stressdən azad olmaq üçün gözəl vasitədir.
2039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı