Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2014

25 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Axşama doğru şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-13, gündüz 16-21, axşama doğru isə 8-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və axşam 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 25-də hava şəraitinin şimal və şərq rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
1170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09