Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2014

Manyak polisləri baltaladı

Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir nəfər manyak polis tərəfindən öldürülüb.

ABŞ-ın Nyu-York şəhərində patrul xidməti həyata keçirən bir qrup polis kapüşonlu bir manyakın hücumuna məruz qalıb. Kuinsdə işlək bir prospektdə baş verən hadisə zamanı həmin şəxs əlində balta ilə polislərin üzərinə hücum çəkib. Gözlənilməz hücum iki nəfər polisin yaralanmasına səbəb olub. Digər polislər isə onu dayandırmaq üçün atəş açmaqla vurmaq məcburiyyətində qalıblar.

Xəstəxanaya çatdırılan polislərdən birinin başından zərbə aldığı üçün vəziyyətini ağır olduğu qeyd edilir. Hadisə ərazidəki təhlükəsizlik kameralarından birinə düşüb.

Hücumun səbəbi barədə hələ ki, araşdırma aparılır. Hüquq-mühafizə orqanları onun terror qruplaşmaları ilə hər hansısa bir əlaqəsi olub-olmamasını da öyrənməyə çalışır./ans/
879 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14