Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2014

Maştağada 2 nəfər 22 yaşlı gənci öldürdü

Sabunçu rayonunda qətl hadisəsi baş verib. Hadisə gecə saat 12 radələrində Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb.

Sabunçu rayonunda qətl hadisəsi baş verib. Hadisə gecə saat 12 radələrində Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb.
Lənkəran şəhərində anadan olan savalan yeni yaşayış massivində yaşayan 18 yaşlı Asim Bünyatov dostu 20 yaşlı Xızı rayon sakini Yarəli Dadaşovla birlikdə şəxsi münasibətlər zəmnində tanışı Gədəbəy rayon sakini 22 yaşlı Röyal Səfərovu qətlə yetirib. Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub. Beləki, Röyal bir müddət əvvəl Asimdən borc pul alıb. Asim pulunu tələb edəndə tərəflər arasında mübahisə baş verib.
Bundan sonra Asim Maştağa qəsəbəsində yaşayan Röyal Səfərovu aralarında yaranan mübahisəni həll etmək üçün yaşadığı Savalan yeni yaşayış massivinə dəvət edib. Tərəflər Savalanda göl qırağında görüşüblər. Asim orada yenidən pulunu tələb edib. Eşitdiyi cavab onu qane etməyəndən sonra üzərində olan bıçaqla Röyala çoxsaylı zərbələr endirib. Bu zaman bıçaq Asimin də əlini kəsib.
Röyal Səfərovun öldüyünü görən dostlar hadisə yerini tərk ediblər. Hadisədən 20 saat sonra Asim Bünyatovla Yarəli Dadaşov 14-cü polis bölməsinə gələrək könüllü təslim olublar. Onların ifadəsindən sonra hadisə yerinə gedən polis əməkdaşları Röyal Səfərovun meyitini orada aşkarlayıblar.
Şübhəli şəxs qismində saxlanılan Asim Bünyatovla Yarəli Dadaşov Sabunçu rayon prokurorluğuna təhvil veriliblər. Faktla əlaqədar cinayət məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./bugun/
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı