Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2014

İŞİD-ə üzv olan gənc, İŞİD-dən təzə sirlər açdı

Kürd qüvvələri tərəfindən əsir götürülmüş İŞİD üzvü olan 15 yaşlı gənc İŞİD üzvlərinin onu təhdid etdiyini etiraf etdi: Mənə dedilər ki, əgər bizə qoşulmasan sənin başını kəsəcəyik.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, kürd qüvvələri tərəfindən əsir götürülmüş Kərim Muflih iyun ayında Suriyanın şimalında əsir götürülüb. O öz etiraflarında İraq və Şam İSRAİL Dövlətinin (İŞİD) kişiləri intiharçı əməliyyata göndərmək üçün onlara dərman verdiyini və qadınları ağla gəlməyən bəhanələrlə öldürdüyünü bildirib.
CBS kanalının müxbiri Hali Viliams bu əsirlərin saxlandığı yerdə onlardan müsahibə alıb. Burada bir çox əsirlərdən fərqli olaraq, K. Muflih İŞİD-ə qoşulduğunu etiraf edib. O bildirib: İŞİD onların kəndinə hücum etdi və bütün kişiləri tutub dedilər: Kim bizim qrupa qoşulmasa, başı kəsiləcək.
Onun bəzi etirafları belədir: İŞİD üzvləri cavanlara “stres əleyhinə” dərman qəbul etdirir ki, onlara dəhşətli əməliyyatlarda yardım etsin. Bu dərmanlar insanın fikir qüvvəsini məhv edir... Belə ki, əgər sizə intihar kəməri bağlasalar və desələr ki, get özünü partlat... Mütləq bu işi edəcəksiniz.
Mən İŞİD qüvvələrinin bir qadını “gəlinlik paltarının qolu və boynu açıq olduğu” üçün öldürdüklərini görmüşəm.
1134 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:17