Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2013

05 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 05-də soyuq, küləkli hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək.
Temperatur rejiminin anomal gedişi gözlənilir, gecə və gündüz 11-15 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 05-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 15-19, dağlarda gecə və gündüz 4-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Aqrometeoroloji şərh
Oktyabrın 6-dək respublikanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi və yağışların yağacağı gözlənilir. Temperatur rejimi ensə də, bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün istilik ehtiyatları kifayət qədər olacaq. Yalnız Mərkəzi Aran rayonlarında istilik çatışmazlığı ilə səciyyələnən yağıntılı və küləkli hava şəraiti pambığın yetişməsini, yığımını və qurudulmasını çətinləşdirəcək. Hava şəraiti ümumən üzüm və meyvə bağlarında, bostanlarda məhsulun yığımı və çoxillik otların biçini üçün əlverişsiz olacaq. Belə yağıntılar torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına əlverişli olsa da, payızlıq dənli bitkilər üçün ayrılmış sahələrdə səpin qabağı işlərin aparılması şəraitini çətinləşdirəcək.
1867 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...