Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2013

“DEMOKRATİYA xatirinə bizə kömək edin!”

Millətdən hər şeylərini satıb onlara kömək göstərmələrini xahiş edir

Son günlər ölkə mətbuatı daha çox bəzi qəzetlərin maliyyə problemi yaşamasından yazır.
Məsələ ilə bağlı AYP sədri professor Mayis Güləliyev İslamazeri.az-a münasibət bildirərək mövzunu şərh edib.
Politoloq deyib: “Bəzi çox tirajlı qəzetlərin (məsələn 10 000-2 000 tirajlı) maliyyə ilə bağlı müraciətləri mənim yadıma “12 stul” əsərini saldı. Orda bir epizoda deyirlər: “DEMOKRATİYA xatirinə bizə kömək edin!”
İndi də bəzi LOVĞA qəzetlər maliyyə axtarışında bu ifadələrdən istifadə edir! Millətdən hər şeylərini satıb onlara kömək göstərmələrini xahiş edir. Maraqlıdır!
Həm də maraqlıdır ki, nəşriyyata zəif tirajı olanlar borclu deyil, amma böyük tirajı olanlar borcludur! Məhz bu qəzetlər ildə xeyli qrant da alırlar. Qrant o yana dursun, hesablayaq görək onlar doğurdanmı maliyyə çətinliyinə obyektiv, yoxsa, subyektiv səbəblərdən düşürlər.
Beləliklə, hər gün 10 000 qezet* 0, 40 (satiş qiyməti)*25 gün=100 000 manat. Bu məbləğin təqribən 2/3 hissəsini hesab edək nəşriyyat və Qasidin xərclərinə (əlbəttə bu məbləğdən xeyli aşağıdır!), yəni 100 000-70 000=30 000. Deməli, qəzetlərdə işçilərin sayı təqribən 20 nəfərdir. Beləliklə, işçiyə 30 000:20 işçi=1 500 manat edir. Əgər qəbul etsək ki, orada işləyən işçilər 1 1500 manat maaş almırlar və onlara sosial müdafiə üçün vergilər ödənilmir, beləliklə, 30 000 manatın çox az hissəsi, məsələn 1/3 qədər maliyyə maaş üçün xərclənir.
Bəs qalan məbləğ hara gedir ki, bu qəzetlər belə DURUMA düşüblər?”
2242 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı