Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2014

Dünya Çempionatının vaxtı dəyişə bilər

Avropanın aparıcı klubları Qətərdə futbol üzrə dünya çempionatı oyunlarını 2022-ci ilin may ayına keçirmək təklifini irəli sürə bilərlər.

Tənqidçilər Qətərin yay fəslində isti iqlimini nəzərə almaqla ənənəvi olaraq yay aylarında keçirilən oyunlarının vaxtının dəyişdirilməsinə ehtiyac olduğunu deyirlər.

FİFA-ya müraciət etməyə hazırlaşdığı bildirilən Avropa Futbol Klubları Assosiasiyası (ECA) çempionat üçün ən münasib vaxt olaraq may ayını görür.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Sepp Blatter bu həftənin əvvəlində yay aylarının isti keçməsi ilə bağlı oyunları 2022-ci ilin noyabr-dekabr aylarında təşkil etmək təklifini irəli sürüb.

Hərçənd ki, belə bir təklif UEFA Çempionlar Liqasının cədvəlinə müdaxilə edə bilər.

Qətər 2022-ci il dünya çempionatının sahibi olmaq hüququnu 2 il əvvəl əldə edib.

O zamandan bəri futbol turnirin vaxtı ətrafında mübahisələrin arası kəsilmir.
1238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu