Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2014

“Kürdəxanı türməsi” çökür- “Həddən çox adam olduğundan”

İsmayılov: “Bu kabinetlərdə də xüsusi təhlükəsizlik kameraları quraşdırılıb, hər şeyi, hətta pıçıltını da qeydə alır”

Kürdəxanıda yerləşən Bakı İstıntaq Təcridxanasının çökməsi xəbəri yayılıb. Musavat.com xəbər verir ki, bu barədə tanınmış vəkil Adil İsmayılov özünün Facebook səhifəsində yazıb. İçərisində başqa maraqlı informasiyalar daşıyan həmin qeydləri təqdim edirik: “Bu günlərdə Kürdəxanıda rəhbərliyin özünü “siyasi” adlandıran dustaqlara xüsusi DİQQƏT ayırmasının şahidi oldum. Bilməyənlər üçün deyim ki, təcridxanada həddən çox adam olduğundan bina yavaş-yavaş çökür. İstintaq otaqları, xüsusən də içəri girəndə sol tərəfdə yerləşən otaqlar neçənci dəfədi ki təmir edilir. Rəhbərliyin ğöstərişi ilə siyasiləri həmin otaqlara buraxmırlar, birdən Allah eləməmiş nəsə olar… Ən məşhurları üçünsə fərdi kabinetlər var. Bu kabinetlərdə də xüsusi təhlükəsizlik kameraları quraşdırılıb, hər şeyi, hətta pıçıltını da qeydə alır. Kimin, hətta vəkilin ağzı nədir ki, dustağa güldən ağır söz desin. Daha bir mütərəqqi yenilik məhbusların istirahət hüququ ilə bağlıdır. Bundan sonra onlar şənbə günləri əziyət çəkib vəkillərini qəbul etməyəcəklər”.
1196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21
İşğ