Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2014

ARDNŞ partlayışda ölən neftçilərin adını açıqladı

Dövlət Neft Şirkəti oktyabrın 23-də “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən baş vermiş partlayışla bağlı daha bir açıqlama verib.

ARDNŞ-dən virtualaz.org saytına verilən məlumatda deyilir ki, itkin düşmüş neftçinin axtarışı dayandırılmayıb. Lakin hadisənin üstündən iki gün keçməsinə baxmayaraq müsbət nəticə yoxdur. Qeyd edək ki, itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-in və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlımışdır.

İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir.

Həlak olanlar “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin böyük iş icraçısı, 1971-ci il təvəllüdlü Bədəlov Faiq Yengibar oğlu, Nəqliyyat İdarəsinin təmirçi-çilingəri, 1969-cu il təvəllüdlü Nəbizadə İlkin Əliəfsər oğlu və kran maşinisti, 1956-cı il təvəllüdlü İbrahimxəlilov Rövşən Yəhya oğludur. 4 saylı Tikinti-Quraşdırma İdarəsinin qaynaqçısı, 1961-ci il təvəllüdlü Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədinin axtarışları isə davam etdirilir.
1185 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber