Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2014

Bakıda polislərə hücum

Bakının Qaradağ rayonunda kütləvi dava baş verib.

Hadisə oktyabrın 23-də saat 23:30 radələrində, Sahil qəsəbəsi B.Əliyev küçəsində yerləşən Xəzri sadlıq evinin qarşısında baş verib.

Belə ki, Qobustan qəsəbə sakinləri 1960-cı il təvəllüdlü Azər Arif oğlu Veysəlov, oğlu 1988-ci il təvəllüdlü Nacif və digər 2-3 nəfər şəxs xuliqanlıq zəminində biri-birlərini döyüblər.

Həmin vaxt hadisə yerinə gələn 38-ci polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı 1981-ci il təvəllüdlü Zahir Qətilağa oğlu Qiyasov, Polis Patrul Xidmətinin polis serjantları 1988-ci il təvəllüdlü Anar Elşad oğlu Azayev, 1993-cü il təvəllüdlü Sahil Şümşət oğlu Süleymanlı və 1987-ci il təvəllüdlü Ramin Mirzəhüseyn oğlu Abbasov həmin şəxsləri nizam-intizama dəvət ediblər.

Lakin onlar polis əməkdaşlarının qanunu tələblərinə məhəl qoymayaraq müqavimət göstəriblər. Nəticədə Ramin Abbasovun geyim formasını qismən cırıblar. Material rayon prokurorluğuna göndərilib./ans/
1218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49
Qar yağdı, Bakı-Q