Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2014

Suriyada silahlılar dövlətə təslim olur

Suriyada Milli Sülh Komitəsinin verdiyi məlumata əsasən, Suriyanın Zəbdani regionunda gündə 40-50 terrorçu dövlət silahlı qüvvələrinə təslim olur.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Suriya ordusunun ölkənin müxtəlif regionlarında irəliləməsilə yanaşı Milli Sülh Komitəsi də öz işini davam etdirir.
Belə ki, Zəbdani şəhərinin bir çox məntəqələrində Milli Sülh Komitəsi səyyar nümayəndəliklər açaraq, bir çox silahlının silahı yerə qoymasına nail olmuşdur. Artıq bu şəhərdə döyüşlər günü-gündən səngiyir. Komitə müsbət nəticələr əldə edib.
Milli Sülh Komitəsindən məlumatlı bir mənbə bildirib: Gün ərzində təqribən 40-50 silahlı özünü təhlükəsizlik qüvvələrinə təslim edir və sülh tərəfdarlarına qoşulur.
1201 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber