Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2014

Rusiyada bir gündə 7 min miqrant saxlanıldı

Moskvada keçirilən əməliyyat zamanı 7 minə yaxın miqrant saxlanılaraq polis şöbələrinə aparılıb.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi şəhər rəhbərliyinin və Federal Miqrasiya Xidmətinin dəstəyilə oktyabrın 23-dən noyabrın 2-nə kimi “Miqrant-2014” adı altında kompleks operativ-profilaktik əməliyyat keçirir. Ötən sutka ərzində paytaxt polisi Moskva ərazisində 6830 xarici ölkə vətəndaşı saxlanılıb”, - Rusiya DİN-in mətbuat xidmətindən bildirilib.
1054 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24