Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2014

26 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Güclü şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək. Havanın temperaturunun gecə və gündüz 8-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 26-da hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə və gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
1104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...