Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2014

Ən kasıb prezident vidalaşır

Bu gün daha bir Cənubi Amerika ölkəsində president seçkisi keçiriləcək.

Bu gün Braziliya ilə yanaşı, Uruqvayda da prezident seçkisi üçün 2,6 miyon seçici səsvermədə iştirak edəcək.
Dövlətin konstitusiyasına əsasən, yenidən namizəd ola bilməyən 79 yaşlı hazırkı president Xose Muxika xalqla vidalaşır. O, ölkə başçıları arasında var-dövlətinə görə ən kasıbı hesab edilirdi.

O, 2009-cu ildən bəri mötəbər post tutmasına baxmayaraq, digər həmkarları kimi dəbdəbəli həyat sürmür. Prezident həyat yoldaşı ilə köhnə kənd evində yaşayır.

Xeyirxah prezident aldığı aylıq əməkhaqqının 90 faizini kasıb insanlara bağışlayırdı. Xose Muxikanın avtomobili də 87-ci il model "Volkswagen"dir. Zaman-zaman kübar dairələrin lağ etdiyi ölkə rəhbəri insanların arasında olmağı, onlardan fərqlənməməyi sevdiyini bildirib.

"Mənə ən kasıb dövlət başçısı deyirlər. Amma mən özümü kasıb hiss etmirəm. Kasıb insanlar yalnız bahalı həyatlarını qorumaq üçün çalışar və həmişə daha çoxunu istəyər. Həyatımın böyük bir qismi belə keçib. Qazandığım pulla da hələ həyatımı davam etdirə bilərəm", - deyə Muxika bildirib.

Uruqvay prezidentinin tək mal varlığı 1800 dollar dəyərindəki avtomobili və yaşadığı uçuq-sökük kənd evidir./ans/
2118 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:12