Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2014

İraqda dəhşətli ölüm statistikası

İraqın Fəllucə Dövlət Xəstəxanası yanvar ayından bəri qeydiyyata alınan ölüm statistikasını açıqlayıb.

İraqın Ənbar vilayətində yerləşən Fəllucə şəhərindəki dövlət xəstəxanasının baş həkimi Əhməd əş-Şami ilin əvvəlindən bu günə qədər xəstəxanaya 1392 cəsəd, 3116 yaralı gətirildiyini bildirib.

Ölən və yaralananların əksəriyyətinin sıravi vətəndaş olduğu qeyd edilir. Onlar İraq ordusunun İŞİD terrorçuları ilə mübarizəsi zamanı qurbana çevriliblər.

Baş həkim ölüm və yaralanmaların ən çox Ən-Nəzzal, Əl-Əndəlüs, Əl-Cümhuriyyə başda olmaqla, Ər-Risalə, Əd-Dubbat, əs-Saqlaviyyə kimi bölgələrdə baş verdiyini vurğulayıb.
1039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 14:31
Fələstinlilərin 82