Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2013

Vladimir Jirinovskinin ağzı bir aylıq yumula bilər

Rusiyada Liberal Demokrat Partiyasının (LDP) sədri Vladimir Jirinovskinin Dövlət Dumasında bir aylıq plenar iclaslarda çıxış etmək hüququndan məhrum oluna bilər. Buna səbəb rusiyalı deputatın ötən ay "Poedinok" verlişində Şimali Qafqazda yaşayan sakinlər barədə qeyri-normal fikirlər səsləndirməsidir.

Qeyd edək ki, Rusiya parlamentində komissiya rəhbəri olan Aleksandr Dyaqtereva bildirib ki, LDP partiyasının lideri ilə bağlı 6 şikayət ərizəsi yazılıb. O, əlavə edib ki, hələlik bununla bağlı heç bir qərar qüvvəyə minməyib.

Məlumat üçün bildirək ki, Vladimir Jirinovski canlı yayım zamanı Şimali Qafqazda 3-cü uşağın doğulmasına cərimə tətbiq olunmasını və regionun tikanlı məftillə bağlanmasını təklif etmişdi./Faktxəbər/
1636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı