Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2014

Google CIA-dan daha təhlükəlidir!

WikiLeaks-in banisi Culian Assanj Google-un dünyadakı iğtişaşlardakı roluna işarə edərək deyib: Google Ağ Ev və ABŞ XİN-in himayə və ört-basdırlarından faydalanır. Həqiqətdə Google elə işlər görə bilər ki, CIA onları etməyə qadir deyil.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Amerikanın məxfi dövlət sənədlərinin bir çoxunu ifşa edən C. Assanj NewsWeek həftəliyinə yazdığı yaddaşda Google-un dünya proseslərindəki addımlarına işarə edərək bildirmişdir: Hazırda Google-un ideya bölməsinin müdiri olan Cared Kohen (Jared Cohen) 2010-cu ildə ABŞ XİN-dən Google-a getdi. O bundan əvvəl ABŞ xarici işlər nazirləri Kondaliza Rays və Hillari Klintonun baş məsləhətçisi idi. C. Kohen ABŞ XİN-də işlədiyi zaman, 2009-cu ildə Twitter-in icraçı müdiri Cak Dorsiyə məktub yazaraq bildirmişdi ki, İranda baş verən etirazlarla əlaqədar olaraq, saytın təmir işləri üçün nəzərdə tutulan proqramı təxirə salsın.
Google dünyanın ən böyük internet şirkətlərindən biri olmaqla, dünya səviyyəsində ciddi bir narahatlıq kimi təqdim edilməlidir. Google-un insanların seçim və rəftarlarına olan nüfuzu tarix yolunda bu internet şirkətinin real qüdrəti anlamındadır.
1103 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı