Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2013

Nyu-Yorkda silahli insident: 4 ölü, 1 yaralı

Hadisə şəhərin Bruklin rayonunda baş verib

Nyu-Yorkda bir nəfər atəş açaraq 3 nəfəri öldürüb, birini isə yaralayıb. Sonda isə özünü də öldürüb.

İnterAz-ın rus mətbuatına istinadən yaydığı məlumata görə, hadisə şəhərin Bruklin rayonunda baş verib.

Qatil və ölənlərin “Sarı it” adlı rok qrupunun üzvləri olduğu bildirilir. 2006-cı ildə Tehranda yaradılan qrupun üzvləri ABŞ-a bir neçə ildir ki, gəlibmiş.

Məlumatlara görə, atəş açan qrupdan qovulubmuş. Amma polis hələlik insidentin motivi barədə rəsmi məlumat verməyib.
2200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.17, 11:59
Azərbaycanda Azadlıq