Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2014

Miqrantlara etiraz edən almanlar öz polislərini döydülər

Almaniyanın Köln şəhərində İslamçı ekstrimizmə qarşı keçirilən etiraz aksiyası sonda təhlükəsizlik qüvvələri ilə fəallar arasında qarşıdurmalara səbəb olub.

Köln futbol klubunun azarkeşləri matçı izlədikdən sonra şəhərin mərkəzində toplaşaraq etiraz aksiyası keçiriblər.

İcazəsiz aksiyaya polis müdaxilə edib. Fəallar daş və yanıcı-kəsici maddələrlə polisə hücum ediblər.

Polis isə, təzyiqli su ilə aksiyanı dağıtmağa çalışıb. Akisya iştirakçıları polis avtomobillərini aşırıblar.

Qarşıdurmalarda zorakılıq törədən 6 nəfər həbs olunub. Toqquşmalar zamanı 13 polis əməkdaşı və 1 etirazçı xəsarət alıb.

Məlumata görə, aksiya neo-nasist qruplaşma tərəfindən təşkil edilib. Fəallar, eyni zamanda, “xaricilər getsin” şüarları ilə çıxış ediblər.
1223 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37