Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2014

150 azyaşlı qızı məzardan çıxardı və... (FOTO)

Rusiyanın Nijni Novqorod şəhərində 3 il əvvəl tükürpərdici hadisəyə imza atmış Anatoliy Moskvin adlı şəxs barədə məhkəmə yekun qərarını verib. Yerli polis orqanları 2011-ci ildə Anatoliy Moskvinin yaşadığı mənzildə 150-yə yaxın azyaşlı qızın qəbrindən çıxarılaraq mumiyalanmış cəsədini aşkarlayıb.

Əsas peşəsi tarixçilik olan Anatoliy Moskvin sözün əsl mənasında kiçik qız meyitləri düşkünüdür. 2010-cu ildən şəhər qəbiristanlıqlarından meyitlərin yoxa çıxmasını araşdıran yerli Hüquq mühafizə orqanlarını izlər tarixçi alimin evinə aparıb.

Yaşları 3 ilə 12 arasında dəyişən 150 qız meyitini evinə daşıyaraq mumiyalayan 46 yaşlı tarixçi onlarla qəribə oyuncaqlar düzəldib.

Polis idarəsi manyak-tarixçinin evindən tapılmış başdaşı şəkilləri və lövhələri sayəsində meyitlərin kimliyini təxmin etsə də, onların hansı qəbiristanlıqlardan qaçırıldığını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, Nijni-Novqorod vilayətinin tanınmış tarixçi alimlərindən olan Anatoliy Moskvin həm də mükəmməl linqvistik bacarıqlara malik olub, 13 dildə danışa bilir. Ən qəribəsi isə odur ki, alim 2005-ci ildən 2007-ci ilə kimi vilayətin 752 qəbiristanlığında müxtəlif elmi araşdırmalar aparıb.

Saxlanıldığından bəri 3 ildir Ruhi-Əsəb dispanserində müalicə olunan Anatoliy Moskvinin ömürlük burda qalmasına qərar verilib./ans/




1255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı