Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2014

Brüsseldə islamofobiyaya etiraz

“Belçika Müsəlman Haqları” adlı vətəndaş cəmiyyəti qurumunun təşəbbüsü ilə islamofobiyaya qarşı etiraz aksiyası keçirilib. Brüsseldə ədliyyə binası qarşısında toplaşan etirazçılar yüksələn islamofobiya və irqçiliyin önünə sədd çəkilməsi çağırışları ilə çıxış ediblər.

“TRT Haber”in məlumatına görə, Belçika Müsəlman Haqları təşkilatının rəhbəri Foaud Benyekhlef aksiyada "Barış içində şərəfli bir şəkildə yaşamaqdan, cəmiyyətin parçası olmaqdan və bərabər iştirakdan başqa tələbimiz yoxdur" deyib.

Benyekhlef müsəlmanlara fiziki hücumlar, ayrı-seçkilik, damğalama və nifrət ifadəsinin adiləşdirildiyini dilə gətirib. O, baş verənlərlə bağlı rəsmi məlumatların həqiqəti əks etdirilmədiyini irqçilik zəminində müsəlmanlara qarşı yönələn zorakılıq və qətl faktlarının obyektiv araşdırılmasını, belə hallara qəti şəkildə son qoyulmasını tələb edib./teleqraf/
1067 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı