Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2014

“Bakıelektrikşəbəkə” əlillərdən 4 min manat tələb edir

Metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında, Qara Qarayev prospekti-116 saylı binanın qarşısında əlil və şəhid ailələrinə ayrılan 40-dan yuxarı köşkün işığı yeni texniki şərt alınması adı ilə kəsilib.

Artıq xeyli vaxtdır sahibkar müharibə adamları sahibkarlıqla məşğul olub evlərinə çörək, dərman ala bilmirlər. Prezidentə, baş nazirə edilən şikayətlər isə sonuc verməyib. Əksinə, şikayət etdiklərinə görə xidmət qurumu daha da özbaşınalıq edir, on illərdir elektrik xətti olmasına baxmayaraq, hər köşkdən 100 manat pul tələb edilir. Bu isə toplam 4000 manat edir. Texniki şərt isə elektrik xətti olmadıqda tələb olunmaqla yanaşı, “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 31,32 maddələrinə əsasən əlillərə xidmət qurumunun hesabına çəkilməlidir. Əlləri hər yerdən üzülən əlillər məhkəmə qaydasında hüquqlarını bərpa etməyə qərar veriblər. Amma buna qədər işığın verilməsinin təmin olunmasını əlaqədar qurumlardan və Ombudsmandan xahiş ediblər./jam/
1310 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<