Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2013

Cəmil Həsənli ABŞ-a getdi

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə keçmiş namizədi, professor Cəmil Həsənli ABŞ-a səfərə gedib.


Milli Şuranın Mərkəzi İcra Aparatının rəhbəri, “El” Hərəkatının sədri Eldar Namazovun AzNewsa verdiyi məlumata görə, səfər 10 günə yaxın müddəti əhatə edəcək.

Səfər çərçivəsində C. Həsənlinin ABŞ rəsmiləri, ictimai qurumların nümayədələri ilə görüşlər keçiriləcək.

Görüşlər zamanı Azərbaycanda keçirilən prezident seçkiləri və Milli Şura ilə bağlı müzakirələr aparılacaq.
2578 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10