Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2014

Sabirabadda kənd məktəbi qışda niyə bağlı olur?

Nizami kəndindəki orta məktəbdə istilik sistemi olmadığından şagirdlər dərsə getmir

Sabirabad rayonunun Nizami kəndindəki orta məktəbdə istilik sisteminin olmaması səbəbindən şagirdlər havalar soyuduqda dərsə getmirlər. Bu barədə məlumatı kənd sakini Ruzin Nəsirzadə verib.

O bildirir ki, yaxın vaxtlarda prezident İlham Əliyevin Nizami kəndində səfəri gözlənilir. Bu səbəbdən də kənddə icra başçısının nəzarəti altında yollar çəkilir, park salınır və keçmiş «Kolxoz» binası təmir olunur. «Amma gözdən iraq, könüldən uzaq yerlərdə vəziyyət acınacaqlıdır. Kənddəki bağça və məktəb demək olar ki, viran qalıb. Əgər prezident icra başçısından məktəbin yerini soruşsa, nə cavab verəcəyi çox maraqlıdır. Məgər, icra başçısı bilmir ki, Nizami kəndindəki orta məktəb havalar soyuduqdan sonra boş qalır? Şagirdlər istilik sistemi olmayan və hava soyuduqda buzxanaya çevrilən məktəbə getmirlər»./jam/
1099 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP