Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2014

İŞİD-ə qoşulan 30-dək ingilis oradan qaçmaq istəyir

İŞİD-ə qoşulmuş ən azı 30 britaniyalı "cihadçı” peşman olaraq evlərinə qayıtmaq istəyir. Britaniya mətbuatının yaydığı xəbərlərə görə, bu arada Britaniyanın Portsmut şəhərindən olan dördüncü gəncin Suriyadan ölüm xəbəri alınıb.

“The Observer” qəzeti yazır ki, 19 yaşlı Muhammad Mehdi Həsənin İŞİD-in Suriyadakı kürd şəhəri Kobaniyə hücumu zamanı öldürüldüyü güman edilir.

Qəzetin dərc etdiyi məlumata görə, Suriya və İraqda cihadçı kimi vuruşaraq usanmış və peşman olmuş, indi isə nəyin bahasına olursa-olsun Britaniyaya qayıtmaq istəyən gənclər İŞİD rəhbərliyindən edam oluna biləcəkləri ilə bağlı xəbərdarlıq alıblar.

“The Observer” bildirir ki, bu məlumatı “Suriya qiyamçı qüvvələri ilə son dərəcə yaxın olan mənbə”dən alıb.

Mənbə həmçinin bildirib ki, Portsmut şəhərindən olan cihadçı Britaniyadan Suriyaya gedən və orada “Pompey oğlanları” kimi tanınan 6 nəfərlik qrupun üzvü imiş.

Bu arada keçmiş Quantanamo məhbusu Muazzam Begg təsdiq edib ki, cəbhə xəttindən Britaniyaya qayıtmağa çalışan onlarca britaniyalının Suriyadan çıxmasına üzvü olduqları İŞİD qruplaşmaları mane olur./virtualaz/
1274 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...