Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2014

Bakıda yeddi bina parka qurban gedir

Paytaxtın Nərimanov rayonunda sökhasök başlanır. Şəhərin Koroğlu Rəhimov küçəsində yeddi yaşayış binasının sökülməsi nəzərdə tutulub. Yaşayış binalarının yerində park salınması planlaşdırılıb. Bu binalarda yaşayanlara kompensasiya veriləcəyi gözlənilir, amma təzminatın məbləği açıqlanmayıb.

K.Rəhimov küçəsində parkın bir hissəsinin hazırlığı başa çatdırılıb. Digər hissəsinin isə ikimərtəbəli yeraltı avtomobil dayanacağı ilə birlikdə yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, Azadlıq prospektində (N.Nərimanov küçəsindən Z.Bünyadov prospektinə qədər) yeni parkın salınması işlərinə də başlanılıb. Nərimanov rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.
1092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42
Suri