Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2013

Türkiyəyə hücum: 11 ölü

Türkiyə-Suriya sərhədində yerləşən Kobani şəhərində (Ayn Əl-Ərab) Kürd Qızıl Ayparasına təşkil edilən bombalı hücumda 11 adam ölüb, 22 adam isə yaralanıb. Yaralılar Türkiyənin Şanlıurfa və Suruçdakı xəstəxanalarına aparılıb.

“Axar.az”ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə əsasən, dünən axşam saatlarında Türkiyənin sərhədində yerləşən Kobani şəhərində Kürdistan Qızıl Ayparasına (Heyva Soruşa) bombalı hücum təşkil edilib. Bombanin partladılması nəticəsində 11 adam ölüb, 22 adam yaralanıb.

Sərhəddən uzaqlaşdırılan yaralılar Suruç Dövlət Xəstəxanası və Şanlıurfa Məmməd Akif İnan Dövlət Xəstəxanasına aparılıb. Hücumu kimin təşkil etdiyi hələ ki, məlum deyil. Əl-Qaidə və tərəfdarlarından şübhələnilsə də, polis heç bir açıqlama verməyib.
2254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP